12 
Okt
2019
06:15
111
38
3131
Virtual karabakh

ABŞ-ın Kaliforniya ştatında güclü yanğın baş verib - VİDEO

12 Okt, 2019
06:15
3131

ABŞ-ın Kaliforniya ştatında güclü yanğın baş verib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Los Ancelesin (ABŞ, Kaliforniya ştatı) şimalında, ümumilikdə 28 min kv/m ərazidə yanğın başlayıb.

"Voice of Amerika"nın verdiyi məlumata görə, əraziyə xeyli sayda yanğınsöndürmə briqadaları cəlb edilib. 

Lakin bir neçə gün əvvəl başlayan quru və isti külək alovun söndürülməsinə mane olur. Rəsmilər ərazinin təxminən 13%-nin yandığını bildirir. 

Kaliforniyanın şimalında yerləşən Edison əyalətinin təxminən 20 min insandan ibarət hissəsinə elektrik enerjisinin verilməsinin dayandırıldığı qeyd edilir. Yanğının fəsadlarının daha da artacağı istisna edilmir.

Şiddətli külək nəticəsində alov Kaliforniyanın cənub ərazilərinə də keçib. Hazırda həmin ərazilərdə də yanğınsöndürmə briqadaları alovla mübarizə aparır.

Alov meşə massivi ilə yanaşı, yaşayış sahələrinə də keçib. Yanğın zamanı xəsarət alanların olduğu bildirilir. Rəsmilər dəqiq neçə nəfərin xəsarət alması barədə məlumat açıqlamayıb.

 Kamil Əmirli

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri