13 
Okt
2019
02:30
25
56
4733
Virtual karabakh

Tramp Culianini müdafiə etdi

13 Okt, 2019
02:30
4733

Tramp Culianini müdafiə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp vəkili Rudolf Culianini müdafiə edib. Bununla bağlı o özünün “Twitter” səhifəsində post yerləşdirib.

“Beləliklə, indi də onlar (demokratlar – red.) əfsanəvi “kriminal dağıdıcısı” və Nyu-Yorkun tarixində ən görkəmli merini təqib edirlər. Bəzən o, kobud görünə bilər, lakin o, gözəl insan və əla vəkildir. ABŞ-da bax belə birtərəfli “ifritələr ovu” aparılır ”, - deyə Tramp yazıb.

Xatırladaq ki, ABŞ prokurorluğu vəkilə qarşı araşdırmalara başlayıb. Onun ABŞ-ın Ukraynadakı səfiri Mari Yovanoviçin istefasında əli olduğu düşünülür.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri