17 
Okt
2019
16:18
5
205
5799
Virtual karabakh

Qadın bədxassəli şişi hamiləliklə səhv saldı

17 Okt, 2019
16:18
5799

Qadın bədxassəli şişi hamiləliklə səhv saldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin Dorset ştatının Borsinqton şəhər sakini bədxassəli şişi hamiləliklə qarışdırıb. 

31 yaşlı Viktoriya Conston (Victoria Johnston) aptekdən aldığı hamiləlik testi ilə hamilə olduğunu öyrənib:

“Testi etdikdən beş həftə sonra nəyinsə yolunda getmədiyini hiss etdim. Bunu izah etmək çətindir, amma hiss edirdim ki, mən hamilə deyiləm. Daim ürəyim bulanırdı və qarnım normasından çox tez böyüyürdü”.

Hamiləliyin on ikinci həftəsində ultrasəs müayinəsi şübhələrin doğruluğunu təsdiqləyib. Dölün əvəzinə, qadında şiş aşkarlanıb. Hətta həkimlər aşkarlanan şişin bəzi hallarda bədxassəli şişə çevrilə biləcəyini deyib.

Xəbərin emosiyasına qapılan qadın olmayan uşağının yasını tutaraq və iki yaşlı qızının böyüməsini görə bilməyəcəyini düşünərək depressiyaya düşüb.

Şişin çıxarılmasından sonra qadın kimyaterapiya alsa və indi yaxşı olsa da, mütəmadi olaraq müayinə olunmalıdır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri