18 
Noy
2019
14:15
38
236
2306
Virtual karabakh

Britaniya ordusu İraq və Əfqanıstanda hərbi cinayətlər törədib: Sübutlar tapıldı

Böyük Britaniya höküməti və ordusu “BBC” ilə “The Sunday Times”ın birgə apardığı araşdırmanın nəticələrini yoxlamaqdan imtina edib.

Mətbu orqanlar sadə insanların hərbçilər tərəfindən qətlə yetirdiyi haqda sübutlar ortaya qoyub.

Jurnalistlər bildirir ki, təqdim etdikləri araşdırma sənədləri hərbçilərin qətl və işgəncələrdə iştirakını əks etdirir. Bundan əlavə jurnalistlərin araşdırması “IHAT”(təşkilat 2010-cı ildən İraq ərazisində hərbi cinayətləri araşdırır) və Britaniya hərbi polisinin 2014-cu ildə apardıqları “Nortmur əməliyyatı”na istinad edir. 

Hökümət İHAT-a mindən çox sənəd təqdim etmiş vəkil Fil Şayneri, İraqda qeyri-qanuni müştəriləri işə  cəlb etməsini əsas gətirərək araşdırmaya xitam verib. Lakin əməliyyat üzərində çalışan keçmiş  detektivlər bildiriblər ki, Şayneri bəhanə kimi istifadə ediblər. Onlar iddia edir ki, ordu rəhbərliyi və hökümət onlara hərbçilərə qarşı iddia qaldırmağa icazə verməyiblər. 

Bu tip hadisələri araşdıran qrup xatırladıb ki, Böyük Britaniya xüsusi təyinatlıları 2012-ci ildə Əfqanıstanda dörd azyaşlını qətlə yetirərək, cinayəti “Taliban” təşkilatının üzərinə atıblar. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri