19 
Noy
2019
17:53
144
52
14230
Virtual karabakh

Köçəndən iki il sonra evlərində gizli seyf aşkarladılar - VİDEO

19 Noy, 2019
17:53
14230

Köçəndən iki il sonra evlərində gizli seyf aşkarladılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin Xaknoll şəhərinin Nottinqemşir qraflığının sakinləri iki il yaşadıqları evlərində maraqlı tapıntı ilə üzləşiblər. 

Bu barədə yerli “Nottingham Post” qəzeti məlumat verir.

Bildirilir ki, 2017-ci ildən bəri yaşadığı evində nasaz elektik yuvasından əziyyət çəkən Darren Stils, nəhayət, usta çağırmaq qərarına gəlib. Evə çağırılan mütəxəssis təmir zamanı maraqlı tapıntını üzə çıxarıb: belə ki, elektrik yuvasının müdafiə örtüyünü çıxardıqda gizli seyf ortaya çıxıb.

Stils özünün “Twitter” hesabında gözlənilməz tapınının videosunu paylaşıb.

“Bu evdə yaşadıqdan iki sonra mən, nəhayət, elektrik dəvət elədim… ki, gizli seyf barədə öyrənim”.

Video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Həmin posta isə 800 min baxış qazanıb və yüzlərlə şərh gəlib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri