11 
Dek
2019
07:26
17
248
5127
Virtual karabakh

Tibb bacısı yeni doğulmuş körpəni uşaqsız xalası üçün oğurladı

11 Dek, 2019
07:26
5127

Tibb bacısı yeni doğulmuş körpəni uşaqsız xalası üçün oğurladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pakistanın Belucistan vilayətində tibb bacısı doğum evində dünyaya təzəcə göz açmış körpəni öğurlayıb. 
 
BBC xəbər verir ki, əkiz baçılardan birini oğurlayan qadın onu uşaqsız xalasına verib. 
 
Dekabrın 4-də Cəmilə Bibi doğum evində əkiz qız uşağı dünyaya gətirib və huşsuz hala düşüb.
Tibb işçiləri qadını və uşaqların birini onun ailəsinə təhvil veriblər. İki gündən sonra özünə gələn Cəmilə qızının öldüyünü bilib və ikinci uşaqın harada olmasını soruşub. 
 
Həyat yoldaşı Həmid dərhal polisə müraciət edib. 
 
Məlum olub ki, doğum şöbəsinin növbətçisi uşaqı gizlədərək onu xalasına hədiyyə edib. Qadının sözlərinə görə, xalası 17 il nigahda olsa da uşaqa qala bilməyib. 
 
Polis tibb işçisini, ona kömək edən iki həmkarını və xalasını həbs edib, uşaq isə anasına qaytarılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri