24 
Dek
2019
05:04
13
279
5074
Virtual karabakh

Roma-katolik kilsəsinin ruhani ordeni 175 uşağı zorladı

24 Dek, 2019
05:04
5074

Roma-katolik kilsəsinin ruhani ordeni 175 uşağı zorladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Roma-katolik kilsəsinin “İsa Məsihin legionerləri” ruhani ordeni 78 il ərzində 175 uşağın zorlanması faktını təsdiq edib. Ordenin rəsmi saytında bu barədə aparılan araşdırmanın nəticələri verilib.

Zorlanan uşaqların əksəriyyəti 11-16 yaş arası oğlanlardı, onlar ordenin seminariyalarında təhsil alıblar.  

Ordenin başçısı Marsial Masiel başda olmaqla 33 keşişin günahı təasdiq edilib. Buna baxmayaraq onların bir çoxu azadlıqdadır.  

Ruhani orden 1941-ci ildə Meksikada yaradılıb. Dünyanın 21 ölkəsində onun nümayəndəlikləri fəaliyyət göstərir.

2006-cı ildə Roma papası XVI Benedikt ordenin rəhbəri Marsial Masieli vəzifəsindən azad edib və qalan ömrünü günahlarını yumaq üçün dua etməklə keçirməyi tövsiyə edib. 2008-ci ildə Masiel dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri