27 
Dek
2019
12:46
12
92
2885
yuxarı
Turistlər qar uçqununa düşdülər - FOTO
27 Dek, 2019
12:46
2885
12
92
Turistlər qar uçqununa düşdülər - FOTO
İsveçrə və Avstriyada qar uçqunu baş verib.
Bild.de-nin xəbərinə görə, qar altında qalan şəxslərin xilas edilməsi üçün böyük miqyaslı əməliyyatlar başlanılıb, axtarışa helikopterlər də cəlb edilib.
İsveçrənin Andermat xizək sahəsində təxminən 20 metr eni, 50 metr uzunluğu olan qar parçası dağdan qoparaq xizək sürən insanların üzərinə düşüb.
İlkin məlumata görə, xəsarət alan iki xizəkçi uçqundan xilas ola bilib.
Dörd yaralı uçqun altından çıxarılıb. Polis daha çox adamın uçqunun altında qaldığını ehtimal edir.
Avstriyanın Tirol şəhər polisi üç ərazidə qar uçqunu barədə xəbər verib.
Xəbərdə bir nəfərin qar altından xilas edildiyi bildirilib.
Hazırda axtarışlar davam etdirilir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək