Yan
2020
02:23
13
130
2924
Virtual karabakh

ABŞ-da uşaq içərisində kokain olan hədiyyə aldı - VİDEO

2 Yan, 2020
02:23
2924

ABŞ-da uşaq içərisində kokain olan hədiyyə aldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milad bayramında qızına hədiyyə olaraq “Merbaby” su pərisi gəlinciyini alan ABŞ sakini xoşagəlməz hadisə ilə üzləşib. Belə ki, uşaq hədiyyəni gördükdə, onun əsl Santa tərəfindən gətirildiyinə şübhə edib, çünki gəlincik qızın arzuladığı oyuncağa qətiyyən oxşamırdı.

Qadın vəziyyəti düzəltməyə çalışıb və qızına bildirib ki, Perli “gəlinciklər xəstəxanasına” göndərəcək. O, oyuncağı dəyişmək üçün geri göndərib, lakin tezliklə yeni gəlinciyin çatdırılması barədə mesaj əvəzinə, hüquq-mühafizə orqanlarından zəng gəlib. Polislər su pərisi gəlinciyinin başında 56 qram kokain tapıblar.

Əvvəlcə hüquq-mühafizə orqanları narkotik maddənin gəlinciyin içərisində qadının özü tərəfindən gizlədildiyini düşünüb, lakin sonra bu versiyadan imtina ediblər. Müvafiq ekspertizaların aparılması üçün oyuncaq polis idarəsində saxlanılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri