Yan
2020
14:20
100
59
4276
Virtual karabakh

İranda qəzaya uğrayan təyyarə hər gün Yerevana uçmaq da daxil olmaqla, üç-dörd uçuş yerinə yetirib - FOTO

8 Yan, 2020
14:20
4276

İranda qəzaya uğrayan təyyarə hər gün Yerevana uçmaq da daxil olmaqla, üç-dörd uçuş yerinə yetirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tehran yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus “Boeing-737” təyyarəsi hər gün bir neçə uçuş həyata keçirib.

Bu barədə Fakty.ua məlumat yayıb.

Məlumatı Ukrayna Ali Antikorrupsiya Məhkəməsi Aparatının rəhbəri, hüquq müdafiəçi Boqdan Kriklivenko tərtib edib. O, “Flightradar” xidmətinin məlumatlarına baxıb və görüb ki, yalnız son bir neçə gündə təyyarə iki dəfə Yerevanda olub, bundan başqa, Milan və Tehrana səfər edib.

Xatırladaq ki, Tehrandan Kiyevə uçan Ukraynaya məxsus “Boeing-737” təyyarəsi İmam Xomeyni adına aeroportda qəzaya uğrayıb. Qəzanın mühərrikin yanması səbəbindən baş verdiyi deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın Oxu.Az-a verdiyi məlumata görə, ölkənin Xarici İşlər Nazirliyinə Tehranda baş verən təyyarə qəzasında azərbaycanlıların həlak olması barədə məlumat daxil olmayıb. Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyi bu məsələni nəzarətdə saxlayır.

İranın Fövqəladə Hallar İdarəsinin rəisi qəzaya uğrayan təyyarədə olanların əksəriyyətinin İran vətəndaşı olduğunu bildirib.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri