10 
Yan
2020
14:23
312
16
2782
Virtual karabakh

Leonardo Di Kaprio Avstraliyadakı yanğınlara pul ayırdı - FOTO

10 Yan, 2020
14:23
2782

Leonardo Di Kaprio Avstraliyadakı yanğınlara pul ayırdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış aktyor Leonardo Di Kaprionun da təsisçisi olduğu “Earth Alliance” xeyriyyə təşkilatı  Avstraliyadakı meşə yanğınları ilə mübarizəyə üç milyon dollar yardım ayırıb.

Təşkilatın “Twitter” hesabında məlumat verilir ki, xeyriyyə təşkilatı yanğınların söndürülməsinə, vəhşi təbiətin qorunmasına və bərpasına üç milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

Qeyd edək ki, Avstraliyada ötən ilin oktyabr ayından bəri davam edən yanğınlarda milyonlarla hektar ərazi külə dönüb. Meşə yanğınları nəticəsində 16 nəfərin həlak olduğu, 17 nəfərin itkin düşdüyü bildirilir. Materikin flora və faunasına ciddi ziyan dəyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri