14 
Yan
2020
12:47
220
29
2778
Virtual karabakh

Həsən Ruhani: Hökumət ölən vətəndaşlara görə məsuliyyət daşıyır

14 Yan, 2020
12:47
2778

Həsən Ruhani: Hökumət ölən vətəndaşlara görə məsuliyyət daşıyır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Prezidenti Həsən Ruhani İranın Ukraynaya məxsus təyyarəni “səhvən vurduq” açıqlaması ilə bağlı yeni fikir səsləndirib.

“Haber Global”ın xəbərinə görə, o, hökumətin Ukraynaya məxsus təyyarədə ölən İran və digər ölkə vətəndaşları qarşısında məsuliyyət daşıdığını deyib.

İran Hərbi Qüvvələrinin təyyarənin “səhvən vurulduğu”nu qəbul etməsinin “yaxşı addım” olduğunu deyən İran dövlət başçısı “Bu bir insanın səhvi ola bilməz, İran xalqına bir daha belə hadisənin təkrarlanmayacağı barədə zəmanət verilməlidir”, - deyib.

Ruhani faciədə əli olan hər kəsin cəzalandırılacağını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri