15 
Yan
2020
11:03
11
70
2408
Virtual karabakh

Atası Meqan Markla qarşı ifadə verəcək: Məhkəmə başlayır

15 Yan, 2020
11:03
2408

Atası Meqan Markla qarşı ifadə verəcək: Məhkəmə başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya şahzadəsi Harrinin qayınatası Tomas Markl qızı Meqan Marklın əleyhinə ifadə verməyə hazırdır.

“İzvestiya” xəbər verir ki, bazar günü məhkəmədə “Mail” nəşri tərəfindən şahzadə Harri və həyat yoldaşı Meqana məxsus şəxsi məktubun dərc olunması işinə baxılacaq.

Bildirilib ki, nəşr Meqan Marklın atasının ifadəsinə əsasən müdafiə olunacağına ümid edir.

Yayımlanan sənədlərin onların toyundan sonra pisləşən münasibətə təsiri istisna edilmir.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında şahzadə Harri və həyat yoldaşının şəxsi məktublarını yayan nəşri məhkəməyə verməyə hazır olduqları barədə məlumatlar yayılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri