19 
Yan
2020
00:40
161
43
10796
Virtual karabakh

Rihannanın üç illik sevgi romanı sona çatdı - FOTO

19 Yan, 2020
00:40
10796

Rihannanın üç illik sevgi romanı sona çatdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə ərəbistanlı milyarder Hassan Cəmil və super ulduz Rihannanın üç illik sevgi romanı sona çatıb. 

Oxu.Az xəbər verir ki, qərb mediası cütlüyün ayrıldığı haqda məlumat dərc edib.  

Ulduzun fanatları və əksər pərəştişkarları müğənninin yaradıcılığındaki durğunluğu həyatındakı sevgi ilə əlaqələndirirdilər. Başı eşq-məhəbbətə qarışan müğənni son bir neçə ildə karyerasında köklü dəyişikliklərə imza atmayıb.  

Yəni nə hit mahnı oxuyub, nə də ki səs-küy yaradacaq klip çəkdirib.  

Hassan Cəmilin sərvəti 1,5-2 milyard dollara yaxın qiymətləndirilir. Ən zəngin ərəb ailələrinin siyahısında Cəmil 12-ci yeri tutur.  

Hassanın işinin əsasını “Toyota” brendinə məxsus avtomobillərinin Yaxın Şərqdə distibütor işlərinin təşkilidir.  

Hassan Cəmilin Rihanna ilə sevgi münasibəti 2017-ci ildə açıqlanmışdı. Milyarder 5 illik evliliyindən sonra Tunis sənətşünası Luna Lazardan boşanmışdı. Milyarder həmçinin dünya şöhrətli model Naomi Kembl ilə də eşq yaşayıb. Amma onların münasibətləri uzun çəkməyib. Cütlük az zaman çərçivəsində ayrılıblar. 

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri