21 
Yan
2020
19:56
42
209
6757
Virtual karabakh

Boşandığı qadını əvvəlcə küçədə döydü, sonra tüfənglə vurdu - VİDEO

21 Yan, 2020
19:56
6757

Boşandığı qadını əvvəlcə küçədə döydü, sonra tüfənglə vurdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İzmir şəhərində Orkun Ç. adlı şəxs boşandığı Büşra Y. adlı qadını işə gedərkən əvvəlcə döyüb, daha sonra isə tüfənglə vururaq yaralayıb.

“Milliyyet”in xəbərinə görə, hadisə yaxınlıqdakı obyektlərdən birinin müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Hadisə səhər saatlarında İzmirin Buca rayonunda baş verib. Bir uşaq anası Büşra Y. işə gedərkən keçmiş həyat yoldaşı Orkun Ç. ona yaxınlaşıb. Tərəflər arasında tezliklə mübahisə qızışıb. Bundan sonra Orkun Ç. qadını döyməyə başlayıb. Sakitləşməyən kişi bundan sonra qadına tüfənglə atəş açıb, yerdə yaralı vəziyyətdə uzanan qadını təpikləyərək ərazidən uzaqlaşıb.

Büşra. Y ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisədən qısa zaman sonra Orkun Ç. polis tərəfindən saxlanılıb. Saxlanılan şəxs hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri