11 
Fev
2020
10:47
190
14
3981
Virtual karabakh

Türkiyəli diplomatın qatillərinə edam cəzası verildi

11 Fev, 2020
10:47
3981

Türkiyəli diplomatın qatillərinə edam cəzası verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ərbil İkinci Cinayət Məhkəməsi türkiyəli diplomat Osman Köse və eyni hücumda həlak olan iki nəfərin qatilləri barədə qərarını açıqlayıb.

Bu barədə “HaberGlobal” informasiya yayıb.

Məhkəmə hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin edam edilməsinə qərar verib.

 Xatırladaq ki, ötən ilin 17 iyulunda İraqın Ərbil şəhərinin mərkəzi küçəsində yerləşən restoranda türkiyəli diplomat Osman Köse sui-qəsd nəticəsində öldürülüb.

Restorana hücum zamanı iki İraq vətəndaşı da həlak olub. Sui-qəsddən sonra Türkiyənin təhlükəsizlik orqanlarının həyata keçirdiyi əməliyyatlar zamanı iki şübhəli Şırnakda saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri