15 
Fev
2020
22:10
331
43
3943
Virtual karabakh

Lavrov: “Rusiya-Türkiyə münasibətləri çox yaxşı səviyyədədir”

15 Fev, 2020
22:10
3943

Lavrov: “Rusiya-Türkiyə münasibətləri çox yaxşı səviyyədədir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya-Türkiyə münasibətləri çox yaxşı səviyyədədir”.

AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Segey Lavrov türkiyəli həmkarı Mövlut Çavuşoğlu ilə Münhendə keçirilən görüşü zamanı bildirib.

S.Lavrov əlavə edib ki, münasibətlərin yüksək səviyyəsi tərəflərin bütün məsələlərdə razılığa gəlmələri demək deyil.

“Bizim Türkiyə ilə çox yaxşı münasibətlərimiz var. Lakin bu, o demək deyil ki, biz bütün məsələlərdə bir-birimizlə razılaşmalıyıq. Ümumiyyətlə, mən hesab edirəm ki, heç bir ölkə arasında hər hansı bir problemlə bağlı tam razılıq əldə etmək mümkün deyil”, - deyə o bildirib.

Rusiya xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, əgər belə münasibətlər yaranarsa, bu, daha çox təzyiqdən xəbər verir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri