22 
Fev
2020
08:56
40
172
4719
Virtual karabakh

94 yaşlı baş nazir 2030-cu ilə qədər vəzifədə qalacağına vəd verib

22 Fev, 2020
08:56
4719

94 yaşlı baş nazir 2030-cu ilə qədər vəzifədə qalacağına vəd verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Malayziyanın 94 yaşlı Baş naziri Mahathir Bin Mohamad vəzifəsindən nə zaman gedəcəyinə özü qərar verəcək.

“Star” nəşrinin məlumatına əsasən, bu barədə ölkənin hakim “Ümid Alyansı” koalisiyasının Ali Şurasının verdiyi qərarda deyilir.

Qeyd edək ki, Mahathir 2018-ci ildə müxalifət tərəfindən Malayziyanın Baş naziri vəzifəsinə gəlib. Bundan əvvəl isə o, 22 il (1981-ci ildən 2003-cü ilədək) hakim partiyadan hökumətə rəhbərlik edib. Siyasətçi  yayda yubileyini qeyd edəcək.

Mahathir özü bir müddət bildirmişdi ki, 2030-cu ilə qədər hakimiyyətdə qalacaq və yalnız keçmiş hökumətdən sonra qalan problemləri həll edəcəyi təqdirdə istefaya gedəcəyini vəd etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri