26 
Mar
2020
15:19
64
478
3591
Virtual karabakh

İranda daha 157 nəfər koronavirusdan öldü

26 Mar, 2020
15:19
3591

İranda daha 157 nəfər koronavirusdan öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda yeni tip koronavirus səbəbindən son 24 saat ərzində daha 157 nəfər həyatını itirib.

“HaberGlobal”ın məlumatına görə, bu barədə İranın DİN rəhbərinin müavini Hüseyn Zülfüqari açıqlama verib.

Beləliklə, ölənlərin sayı 2 234 nəfərə yüksəlib.

Qeyd edək ki, epidemiya ilə əlaqədar ölkədə səfərlər etmək və əyalətlərdən çıxmaq qadağan olunub.

İran parlamentinin Şirazdan olan deputatı Bəhram Parsayi və Nobel mükafatına layiq görülən iranlı hüquq müdafiəçi Şirin İbadi ölkədə epidemiyanın yayılmasında “Mahan Hava Yolları” şirkətini ittiham edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri