30 
Mar
2020
18:47
110
477
15672
Virtual karabakh

Tailand kralı karantində: 20 qadından ibarət hərəmxanası ilə Alp dağlarında

30 Mar, 2020
18:47
15672

Tailand kralı karantində: 20 qadından ibarət hərəmxanası ilə Alp dağlarında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tailand kralı Maha Vaçiralonqkorn 20 qadından ibarət hərəmxanası ilə birlikdə Alp dağlarında yerləşən bir hoteldə özünü təcrid edib.

Bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

Dörd ulduzlu hotel rəhbərliyinin kral və onunla birlikdə gələnləri qonaq etmək üçün bölgə rəhbərliyindən icazə almasından sonra Tailand kralı Maha Vaçiralonqkorn mehmanxananı tamamilə bağlatdırıb.

Kralın dörd arvadının onunla birlikdə hoteldə olub-olmadığı bilinmir.

Vəziyyətin üzə çıxmasından sonra minlərlə tailandlı etirazını bildirib. Onlar sosial şəbəkə hesabları vasitəsilə kralın ünvanına sərt ifadələr səsləndiriblər.

Qeyd edək ki, ölkə qanunlarına əsasən, monarxiyanı təhqir və tənqid edənlərə 15 ilə qədər həbs cəzası verilə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri