31 
Mar
2020
17:25
264
55
5445
Virtual karabakh

Ermənistanda koronavirusa görə məhdudiyyətlər uzadılır

31 Mar, 2020
17:25
5445

Ermənistanda koronavirusa görə məhdudiyyətlər uzadılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan hökuməti koronavirusun yayılmasının qarşısının alınması üçün ölkədə tətbiq olunan məhdudiyyətlərin müddətini daha 10 gün uzatmaq qərarına gəlib.

“RİA Novosti”nin məlumatına görə, bunu baş nazir Nikol Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistanda koronavirusun yayılmasının qarşısının alınması üçün martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edilib.

Ölkədə 530-dan çox yoluxma hadisəsi aşkarlanıb, üç xəstə ölüb. Martın 25-dən 31-dək strateji əhəmiyyətli obyektlər istisna olmaqla, müəssisə və təşkilatların işi müvəqqəti dayandırılıb, vətəndaşların hərəkətinə məhdudiyyət qoyulub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri