Apr
2020
17:25
32
240
5226
Virtual karabakh

Kennedinin nəvəsi oğlu ilə birlikdə yoxa çıxdı

4 Apr, 2020
17:25
5226

Kennedinin nəvəsi oğlu ilə birlikdə yoxa çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı, senator Robert Kennedinin nəvəsi öz oğlu ilə birlikdə aprelin 2-də Merilend ştatı sahillərindəki Çesapik körfəzində yoxa çıxıb.

Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Söhbət 40 yaşlı Meyv Kennedi və səkkiz yaşlı oğlu Qideondan gedir. Hadisə Şedisayd şəhərində baş verib. Bura Meyv Kennedi ailəsi ilə birlikdə anasının evinə qonaq gəlib.  

Kennedinin həyat yoldaşı Devin Makkinin sözlərinə görə, uşaqlar oynayarkən təsadüfən topu suya atıblar. Həyat yoldaşı və oğlu topu götürmək üçün qayığa miniblər. Lakin suyun sürəti güclü olduğu üçün sahilə qayıda bilməyiblər.

Hazırda Kennedi və oğlunun axtarışları davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri