23 
May
2020
10:10
8
96
5807
Virtual karabakh

Koronavirus pandemiyasının yeni episentri açıqlandı

23 May, 2020
10:10
5807

Koronavirus pandemiyasının yeni episentri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus pandemiyasının yeni episentri Cənubi Amerika oldu.

“RİA Novosti”nin məlumatına görə, bunu ÜST-ün səhiyyə sahəsində fövqəladə məsələlər üzrə proqramının direktoru Maykl Rayan söyləyib.

O vurğulayıb ki, Cənubi Amerikanın bir çox ölkələrində koronavirusa yoluxma hallarının sayının artması müşahidə olunur, lakin ən narahatedici vəziyyət Braziliyadadır.

Qeyd edək ki, Braziliya yoluxma sayına görə dünya ölkələri arasında ikinci yerə yüksəlib. Ölkədə koronavirusa yoluxanların sayı 332 382 nəfərə çatıb. Siyahının üçüncü pilləsinə düşən Rusiyada isə koronavirusa 326 448 nəfər yoluxub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri