23 
May
2020
16:29
161
82
4718
Virtual karabakh

Moskvada banka hücum edən şəxs tutuldu - YENİLƏNİB + FOTO/VİDEO

23 May, 2020
16:29
4718

Moskvada banka hücum edən şəxs tutuldu - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya təhlükəsizlik qüvvələri Moskvada “Alfa-Bank”ın filiallarından birinə silahlı hücum edərək insanları girov götürən şəxsi həbs edib. 

REN TV xəbər verir ki, cinayəti törədən şəxs hadisəni törədən zaman sərxoş olub.

Sosial şəbəkələrin Rusiya seqmentində bu cinayəti törədən şəxsin fotosu yayılıb. 

Bankda olan girovlardan biri isə baş verən hadisəni telefonunda canlı yayımlayıb.

16:15

Rusiyanın paytaxtı Moskvada naməlum şəxs “Alfa-Bank”ın filiallarından birinə silahlı hücum edərək beş nəfəri girov götürüb.

TASS agentliyi xəbər verir ki, silahlı şəxs bank rəhbərliyindən külli miqdarda pul tələb edir.

İlkin məlumata görə, banka basqın edən şəxs kuryer işləyir, yemək sifarişlərinin çatdırılması ilə məşğuldur.

Banka hücum edən vaxt onun əynində qara gödəkçə, idman şalvarı və qara maska olub.

O, binanı partladacağı ilə bağlı hədələyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri