26 
May
2020
16:08
34
92
1385
Virtual karabakh

Consonun baş müşaviri karantini azyaşlı uşaqlarına görə pozduğunu açıqladı

26 May, 2020
16:08
1385

Consonun baş müşaviri karantini azyaşlı uşaqlarına görə pozduğunu açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin Baş naziri Boris Consonun baş müşaviri Dominik Kumminqs karantin rejimi qaydalarını pozmasına dair iddiaları “peşman deyiləm” sözləri ilə cavablandırıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Baş nazirin müşaviri həmçinin karantin rejimi qaydalarını pozduğu üçün onu istefaya çağıranlara da cavab verib.

“Etdiklərimdən peşman deyiləm. Mənə elə gəlir ki, bu şəraitdə hərəkətlərim həqiqətən məntiqli idi”, - deyə, D.Kumminqs bildirib.

Baş müşavir həyat yoldaşının xəstələnməsindən sonra epidemiyaya görə uşaqlarına baxmaq üçün başqa yol tapa bilmədiyini qeyd edib:

“Azyaşlı uşaqlara baxmaq qaydalar baxımından istisna təşkil edir. Bununla mübarizə üsulum heç kimə risk yaratmadı. Nizamnamələr qaydalara riayət etməyin mümkün olmadığı müxtəlif istisna vəziyyətləri göstərir. Qaydalar “hər şəraitdə evdə qalmalısan” demir. Bu qaydalara riayət edə bilməyəcəyimiz bəzi vəziyyətlər var. Mən də müstəsna vəziyyətdə olduğumu düşünürəm. Mövcud şəraitdə ailəmin Durnhemdə olan evə getməsinin ən təhlükəsiz qərar olduğunu düşündüm”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri