İyn
2020
14:12
31
223
8690
Virtual karabakh

Rusiyada olan azərbaycanlılar üçün çətin dövrlər başlayır

3 İyn, 2020
14:12
8690

Rusiyada olan azərbaycanlılar üçün çətin dövrlər başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus pandemiyasından sonra Rusiyada miqrantların xidmətindən kütləvi şəkildə imtina oluna bilər.

Bu barədə Rusiyanın HR mütəxəssisi Qalina Romanova “Mir 24”ə bildirib.

Ekspertin sözlərinə görə, pandemiyadan sonra iqtisadi çətinliklərlə əlaqədar miqrantların məşğul olduqları sahələrdə yerli vətəndaşlar özləri işləyəcəklər. 

Qeyd edək ki, Azərbaycandan Rusiyaya gedən və orada işlərini quran vətəndaşların sayı az deyil.

Bundan əvvəl “Sputnik” COVID-19 pandemiyasının Rusiyadan MDB ölkələrinə və Gürcüstana köçürmələrin həcminə əhəmiyyətli dərəcədə təsir göstərdiyini bildirmişdi.

Cədvələ əsasən, Azərbaycana ötən il adambaşına təxminən 338 dollar olmaqla, ümumilikdə 999 milyon dollar pul transfer edilib. Bu il isə bazarda pul transferlərində azalma müşahidə olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri