10 
İyn
2020
14:58
73
160
3794
Virtual karabakh

Gürcüstan hələlik əcnəbilər üçün qapalı qalacaq

10 İyn, 2020
14:58
3794

Gürcüstan hələlik əcnəbilər üçün qapalı qalacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Turizm ölkəsi olan Gürcüstan hələlik əcnəbilər üçün qapalı qalacaq.

Bu barədə “Sputnik” xəbər yayıb.

İsrail Gürcüstanla “təhlükəsiz turizm dəhlizi”nin açılacağı ilk ölkə olmalı idi. İyun ayının 15-dən etibarən bu dövlətin vətəndaşlarının qəbulu planlaşdırılırdı. Lakin İsraildə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar planlar pozuldu.

“Düz bir həftə əvvəl orada elə şeylər başladı ki... Epidemioloji vəziyyət sadəcə partladı”, - deyə Gürcüstanın Baş naziri Georgi Qaxariya bildirib.

Onun sözlərinə görə, bütün şərtlər razılaşdırılmışdı, sadəcə, sənədi imzalamaq qalmışdı. Ancaq son anda hər şey təxirə salındı.

Gürcüstan hazırda bir neçə ölkə ilə dəhlizlərin yaradılması barədə danışıqlar aparır. İyulun 1-dən etibarən ölkənin xaricdən gələnləri qəbul etməyə başlaması planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri