İyl
2020
07:25
33
323
5820
Virtual karabakh

Müştəridən siqaret çəkməməsini tələb edən kafe sahibini güllələdilər

1 İyl, 2020
07:25
5820

Müştəridən siqaret çəkməməsini tələb edən kafe sahibini güllələdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Uşak vilayətində kafe sahibi içəridə siqaret çəkilməməsi barədə xəbardarlıq etdiyi şəxs tərəfindən öldürülüb.

Sondakika.com xəbər verir ki, kafeyə gələn üç müştəri yemək yedikdən sonra siqaret çəkməyə başlayıblar.

37 yaşlı kafe sahibi Əhməd Yılmaz onlara siqaret çəkməmələri barədə xəbərdarlıq edərkən mübahisə yaranıb.

Bundan sonra həmin müştərilər kafedən çıxıblar. Onlardan biri geri qayıdaraq, iki uşaq atası Ə.Yılmazı əvvəl ayağından, sonra isə başından güllə ilə vurub. Bundan sonra həmin şəxslər hadisə yerindən qaçıblar.

Xəstəxanaya çatdırılan Ə.Yılmazın həyatını xilas etmək mümkün olmayıb.

Polis qaçan şəxslərin axtarışına başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri