İyl
2020
20:25
45
383
17174
Virtual karabakh

Koronavirusla bağlı məhdudiyyətlərə görə daha bir qorxulu xəstəlik yayılır

Sinqapurda cəmi yeddi ay ərzində 14 mindən çox insan denqe xəstəliyinə yoluxub. Bu göstəricilərə görə hökumət ölkə tarixində ən böyük qızdırma xəstəliyinə hazırlaşır.

Bu barədə “The Straits Times” xəbər yayıb.

Sinqapur Milli Ətraf Mühit Agentliyi bu il yoluxanların ümumi sayının 22 mini keçəcəyini proqnozlaşdırırlar.

Həkimlər xəstəliyin yayılmasını qismən koronavirus pandemiyası səbəbindən tətbiq olunan bir sıra məhdudiyyətlərlə əlaqələndirirlər. Xüsusilə, söhbət insanların evdə qalmasından və ağcaqanadların (denqe daşıyıcılarının) onları daha çox sancmasından gedir.

Denge qızdırması intoksikasiya, əzələlərdə və oynaqlarda ağrı, səpki yaradan, limfa düyünlərinin artmasına səbəb olan kəskin virus xəstəliyidir. Hər il 20 minə qədər insan bu xəstəlikdən ölür.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri