14 
İyl
2020
11:22
60
99
2337
Virtual karabakh

ABŞ-ın ən böyük ştatında yenidən sərt qadağalar tətbiq olundu

14 İyl, 2020
11:22
2337

ABŞ-ın ən böyük ştatında yenidən sərt qadağalar tətbiq olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın ən böyük ştatı olan Kaliforniyada hökumət COVID-19-a yoluxma hallarının artması səbəbindən ictimai müəssisələrin işinə məhdudiyyətlər qoyub.

“RİA Novosti” xəbər verir ki, qubernator Qevin Nyusomun əmrinə əsasən, ştat ərazisində fəaliyyət göstərən kinoteatrlar, muzeylər, zooparklar, əyləncə mərkəzləri və bir sıra digər qurumlar fəaliyyətini dayandırmalıdır.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxan xəstələrin sayına görə dünya ölkələrinin sıralamasında ilk yerdə qərarlaşıb.

Son rəqəmlərə əsasən, Birləşmiş Ştatlarda 3 479 483 nəfərin COVID-19-a yoluxduğu müəyyən edilib. 138 247 xəstə infeksiyanın qurbanı olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri