15 
İyl
2020
09:47
46
144
6825
Virtual karabakh

Arxeoloqlar 2000 il əvvəl baş vermiş qətlin üstünü açmağa çalışacaq - FOTO

15 İyl, 2020
09:47
6825

Arxeoloqlar 2000 il əvvəl baş vermiş qətlin üstünü açmağa çalışacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyada arxeoloqlar təqribən 2 000 il əvvəl yaşamış və qətl hadisəsinin qurbanı olduğu ehtimal edilən insan qalıqlarını aşkar ediblər.

Bu barədə “The Daily Mail” məlumat yayıb.

Arxeoloqlar insan skeletini Bakinqemşir qraflığının Uendover şəhərində yerləşən fermalardan birinin yaxınlığından aşkar ediblər.

Cəsədin xəndəkdə üzü üstə və qollarının bağlı şəkildə olması şübhələrə əsas yaradıb.

Arxeoloqlar bildirib ki, qalıqları tapılan şəxsin yaşı hələ məlum deyil, lakin insan skeleti azı iki min il əvvələ məxsusdur.

Mütəxəssislər bildirib ki, hadisədən çox uzun müddət keçməsinə baxmayaraq, onlar bu sirli hadisəyə aydınlıq gətirməyə çalışacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri