Avq
2020
05:59
53
239
10202
Virtual karabakh

Polisi girov götürən terrorçu özünü partlatdı – ANBAAN VİDEO

2 Avq, 2020
05:59
10202

Polisi girov götürən terrorçu özünü partlatdı – ANBAAN VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polisi girov götürən terrorçu özünü partladıb.

“Voyennıy obozrevatel” “Telegram” kanalının məlumatına görə, hadisə Ukraynanın Poltava şəhərində baş verib.

Məlumata görə, Roman Skripnik saxlanılarkən yenə polis əməkdaşını girov götürə bilib və özünü partlatmaqla hədələyib.

Kadrlarda görünür ki, snayperin atəşindən sonra polis terrorçudan qaçır və bundan bir neçə saniyə sonra partlayış baş verib.

Ukrayna DİN rəhbəri Anton Qeraşenko hadisə ilə bağlı bildirib ki, terrorçu təslim olacağı təqdirdə uzun illərini dəmir barmaqlıqlar arxasında keçirəcəkdi və o, “öz yolunu seçdi”.

Xatırladaq ki, iyulun 23-də Skripnik polis əməkdaşını girov götürərək qumbara ilə hədələmişdi. Danışıqlar zamanı o, avtomobillə təmin edilmişdi, həmçinin girov polis əməkdaşı əyalət polisinin Cinayət axtarış bölməsinin rəisi ilə əvəzlənmişdi.

Sonra terrorçu girovla birlikdə Kiyevə tərəf yollandı. Yolda o, maşını ataraq meşəyə tərəf qaçmışdı.

Girov zərər çəkməmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri