23 
İyl
2020
17:54
165
45
4485
Virtual karabakh

Polisi girov götürən cani onu azad edib - FOTO

23 İyl, 2020
17:54
4485

Polisi girov götürən cani onu azad edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Poltava şəhərində əyalət polisinin Cinayət axtarış bölməsinin rəisini girov götürən Roman Skripnik onu azad edib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Cani maşını meşədə qoyaraq qaçıb.

Azad olunan girov sağ-salamatdır.

Xatırladaq ki, bu gün səhər saatlarında silahlı şəxs polisi əsir götürərək, onu və özünü partlatmaqla hədələyib. Polislər uzun müzakirədən sonra cinayətkarla girovu dəyişdirməklə bağlı razılığa gəlib. Nəticədə, polis əməkdaşı əyalət polisinin Cinayət axtarış bölməsinin rəisi ilə əvəzlənib.

Avtomobillə təmin olunan 32 yaşlı kişi yeni girovu ilə birlikdə hadisə yerindən uzaqlaşmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri