Avq
2020
15:58
35
188
3259
Virtual karabakh

Ukraynada biznes mərkəzində girov götürmüş şəxs zərərsizləşdirildi - YENİLƏNİB + FOTO/VİDEO

3 Avq, 2020
15:58
3259

Ukraynada biznes mərkəzində girov götürmüş şəxs zərərsizləşdirildi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın paytaxtı Kiyevdə bir nəfəri girov götürən və biznes mərkəzini partlatmaqla hədələyən Zöhrab Kərimov xüsusi xidmət orqanların keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.

15:45

Ukraynanın paytaxtı Kiyevdə bir nəfəri girov götürən və biznes mərkəzini partlatmaqla hədələyən Zöhrab Kərimov elan edib ki, onu öldürsələr belə, partlayıcını işə salacaq. 

Oxu.Az xəbər verir ki, Z.Kərimovun ayağı partlayıcı maddənin olduğu çantaya bağlıdır. 

Ukrayna Daxili İşlər nazirinin müavini Anton Geraşenko bildirib ki, Z.Kərimov əqli cəhətdən qüsurlu şəxsdir.

Son məlumata görə, Ukraynanın paytaxtı Kiyevdə yerləşən “Leonardo” biznes mərkəzinin ərazisinə ağır texnika yeridilib.

15:21

Ukraynanın paytaxtı Kiyevdəki biznes mərkəzini partlatmaqla hədələyən şəxsin adı və fotosu barədə məlumat əldə olunub. 

Oxu.Az xəbər verir ki, bu şəxs Özbəkistan respublikasının vətəndaşı Zöhrab Kərimovdur. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Z.Kərimovla danışıqlar aparır.

14:52

Ukraynanın paytaxtı  Kiyevdə yerləşən “Leonardo” biznes mərkəzində naməlum şəxs çantasında yerləşən bombanı işə salacağını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər nazirinin müavini Anton Geraşenko öz “Facebook” səhifəsində yazıb.

Biznes mərkəzinin işçiləri artıq məkanı tərk etsələr də, oranın sahibi öz istəyi ilə binada qalmaq barədə qərar verib.

A.Geraşenkonun sözlərinə görə, hazırda terrorçu ilə danışıqlar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri