Avq
2020
02:59
23
109
2480
Virtual karabakh

Koronavirus əleyhinə peyvəndin təhlükəli olması barədə iddia təkzib edildi

8 Avq, 2020
02:59
2480

Koronavirus əleyhinə peyvəndin təhlükəli olması barədə iddia təkzib edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus infeksiyasına qarşı peyvənd COVID-19 xəstəliyinə səbəb ola bilməz.

“İzvestiya”nın verdiyi məlumata görə, bunu Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Gintsburq deyib.

“Peyvənddə istifadə olunan hissəciklər adenovirus üzərində qurulub və onlar canlı deyil. Canlı o hissəciklər hesab olunur ki, öz növlərini yarada bilir. Bu hissəciklər çoxala bilməz, məhz bu səbəbdən onların orqanizmdə hansısa təhlükə yaradacağını iddia etmək üçün zəmin yoxdur”, - deyə, A. Gintsburq vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın Səhiyyə naziri Mixail Muraşko Qamaleya İnstitutunun hazırladığı koronavirus vaksininin klinik sınaqlarının yekunlaşdığını bildirib. Oktyabr ayında ölkədə kütləvi vaksinasiya prosesi başlayacaq. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri