Avq
2020
23:57
565
36
13028
Virtual karabakh

Gürcüstanda ermənilən kütləvi yaşadığı ərazidə insident: Ölən və yaralanan var - VİDEO

8 Avq, 2020
23:57
13028

Gürcüstanda ermənilən kütləvi yaşadığı ərazidə insident: Ölən və yaralanan var - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda ermənilərin yığcam yaşadıqları Axalkalaki şəhərində iğtişaşlar törədilib.

“JNEWS” xəbər verir ki, buna səbəb Kulikam kəndindən olan gəncin odlu silahla qətlə yetirilməsi olub.

Qətl hadisəsindən sonra gənclər arasında qarşıdurma baş verib. Bir qrup şəxs Axalkalakidə yerləşən üç ev və bir mehmanxananı yandırıblar. Yandırılan binaların sahibinin gəncin qətli ilə bağlı olduğu deyilir.

İğtişaşlar zamanı bir nəfərin öldüyü, bir nəfərin isə yaralandığı barədə məlumatlar yayılıb. Axalakaliyə əlavə polis qüvvələri cəlb olunub. 

Axalkalakidə hazırda vəziyyətin gərgin, lakin nəzarət altında olduğu bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri