Avq
2020
21:41
698
277
8201
Virtual karabakh

Ekzitpol: Lukaşenko 79.7 faiz səslə qalib gəldi - YENİLƏNİB + VİDEO

9 Avq, 2020
21:41
8201

Ekzitpol: Lukaşenko 79.7 faiz səslə qalib gəldi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırkı dövlət başçısı Aleksandr Lukaşenko bu gün Belarusda keçirilən Prezident seçkilərində 79,7% səslə qalib gəlib.

TASS xəbər verir ki, bu barədə ekzitpolun nəticələri əsasında MİR telekanalı məlumat yayıb. 

Məlumata görə, digər namizədlər - Svetlana Tixanovskaya 6,8%, Anna Kanopatskaya 2,3%, Andrey Dmitriyev 1,1%, Sergey Çereçen 0.9% səs toplayıb.

Qeyd edək ki, Belarusda prezident postuna 5 iddialı var. Bunlar hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.

20:39

Belarusda prezident seçkiləri davam edir.

TASS xəbər verir ki, yerli vaxtla saat 18:00-a olan məlumata görə, seçici iştirakı 79% təşkil edib.

Bu barədə “Belarus-1” telekanalının efirində ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib.

“Seçkilər günü özünün məntiqi sonluğuna yaxınlaşır. Saat 18:00-da seçkilərdə artıq 79% seçici iştirak etdi. Əlbəttə, bu 18 saatda çox böyük rəqəmdir. Minsk vilayətindən və Minsk şəhərindən başqa demək olar ki, bütün vilayətlər artıq 80% sərhədi keçib”, - deyə Yermoşina bildirib.

 

09:39

Bu gün Belarusda prezident seçkiləri keçirilir. 

“Belta”nın məlumatına görə, ölkə üzrə bütün seçki məntəqələri yerli vaxtla 08:00-da açılıb. 

6,8 milyon əhalinin səsverməsi üçün 5 767 seçki məntəqəsi yaradılıb.

Belarusda prezidentlik uğrunda beş namizəd - hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskaya mübarizə aparır.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri