15 
Sen
2020
17:24
236
54
1886
Virtual karabakh

Cənubi Koreyada döyüşdə əsgərləri əvəz edəcək PUA-lar yaradacaqlar

15 Sen, 2020
17:24
1886

Cənubi Koreyada döyüşdə əsgərləri əvəz edəcək PUA-lar yaradacaqlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koreya Respublikası hərbi Pilotsuz Uçuş Aparatlarının (PUA) hazırlanmasına qarşıdakı 10 il ərzində 2,3 milyard dollar sərmayə yatıracaq.

Bu barədə Cənubi Koreya Müdafiə Satınalma Agentliyi (DAPA) məlumat yayıb.

“Kəşfiyyatdan döyüşə qədər müxtəlif tapşırıqları yerinə yetirmək üçün bir neçə növ PUA yaradılması planlaşdırılır”, - deyə məlumatda qeyd edilib.

Xüsusilə, döyüşdə adi əsgərləri əvəz edəcək kiçik dronlara avtomat və qumbaraatanlar quraşdırmaqla təcrübələr aparırlar.

Müvafiq texnologiyaların 2022-ci ilə qədər yaradılması planlaşdırılır və növbəti dörd il ərzində birbaşa silah platformasının yaradılması üzərində iş görüləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri