19 
Sen
2020
07:30
219
17
2936
Virtual karabakh

Dörd uşaqlı ailə batan katerdən möcüzəvi şəkildə xilas oldu - VİDEO

19 Sen, 2020
07:30
2936

Dörd uşaqlı ailə batan katerdən möcüzəvi şəkildə xilas oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dördü uşaq olmaqla səkkiz nəfərlik ailə batan katerdən möcüzəvi şəkildə xilas olub.

Uşaqlardan biri səkkiz aylıq olub.

Bu barədə “7NewsSydney” xəbər yayıb.

Onlar sahilin 110 kilometrliyində xilasetmə döşəyindən yapışmış halda tapılıblar.

“Biz altı günlük kempinq üçün düşərgəyə tərəf üzürdük. Birdən qəribə gurultu eşitdik”, - deyə ailə başçısı Ceyms Nacet olanların xatırlayarkən bildirib.

Ancaq səyyahlar səfərə hazırlıqlı olublar. Onlar dərhal sahil mühafizəsinə SOS siqnalı yollayıblar və xilasetmə döşəyini şişirdərək kömək gözləməyə başlayıblar.

Xilasetmə döşəyinə isə ancaq uşaqlar sığışıb. Böyüklər batan katerin kənarlarından yapışaraq saat yarım suda qalıblar.

“Təqribən 15 dəqiqədən sonra kater tamamilə batdı. Ancaq onun bir hissəsi suda qalmışdı və biz ondan yapışdıq”, - deyə Nacet əlavə edib.

Onun sözlərinə görə, körpə əvvəlcə bərk ağlayıb, ancaq sonra yuxuya gedib.

Ailəni xilas etmək üçün helikopter cəlb olunub.

Nacet xilasediciləri gözlədikləri müddəti hətta videoya çəkməyi unutmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri