23 
Sen
2020
11:48
28
75
2398
Virtual karabakh

Cənubi Koreya BMT-dən yardım istədi

23 Sen, 2020
11:48
2398

Cənubi Koreya BMT-dən yardım istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Koreya Prezidenti Mun Çje İn BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki videomüraciətində təşkilatdan Şimali Koreya ilə müharibəni bitirmək barədə bəyannamənin imzalanmasına kömək etməsini istəyib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Onun sözlərinə görə, artıq Koreya yarımadasında “həlli uzanan faciəni” aradan qaldırmağın vaxtı gəlib çatıb.  

Cənubi Koreya lideri qeyd edib ki, bu müharibə tamamilə və həmişəlik başa çatmalıdır.

“BMT və beynəlxalq ictimaiyyətin müharibənin başa çatması bəyənnaməsindən sonra sülh və firavanlıq dövrünə addım atmağa dəstək olacağına ümid edirik”, - deyə Mun Çje İn bildirib.

Xatırladaq ki, Koreya müharibəsi 25 iyun 1950-ci ildən 27 iyul 1953-cü ilə qədər davam edib. Müharibənin başa çatması rəsmi şəkildə elan olunmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri