12 
Okt
2020
11:26
50
290
2593
Virtual karabakh

Bişkekdə ikinci dəfə fövqəladə vəziyyət elan olundu

12 Okt, 2020
11:26
2593

Bişkekdə ikinci dəfə fövqəladə vəziyyət elan olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov respublika paytaxtında ikinci dəfə fövqəladə vəziyyət elan edib. Birinci fərman Parlament tərəfindən təsdiqlənməmişdi.

TASS-ın məlumatına görə, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat verib.

“Qırğızıstan Respublikasının Prezidenti Bişkek ərazisində təkrar fövqəladə vəziyyət rejimi tətbiq edilməsi barədə fərman imzaladı”, - deyə məlumatda bildirilib.

O da vurğulanıb ki, qərar parlamentin üç gün ərzində paytaxtda əvvəllər tətbiq edilmiş fövqəladə vəziyyət məsələsini nəzərdən keçirməməsi səbəbindən qəbul edilib.

Xatırladaq ki, Qırğızıstan Prezidenti bundan əvvəl 9 oktyabr (saat 20.00)  - 21 oktyabr (saat 08.00) tarixləri arasında Bişkek ərazisində fövqəladə vəziyyət tətbiq edilməsi barədə fərman imzalamışdı.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri