Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bişkekdə fövqəladə vəziyyət elan olunub
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Bişkek ərazisində 9 oktyabr (saat 20.00) - 21 oktyabr (saat 08.00) tarixləri arasında fövqəladə vəziyyət tətbiq edilməsi barədə fərman imzalayıb.
Bu barədə dövlət başçısının mətbuat xidməti “RİA Novosti”yə bildirib.
Məlumata görə, Daxili İşlər nazirinin müavini Almazbek Orozaliyev paytaxtın komendantı təyin edilib.
Fərmana əsasən, Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargahına nəzarət məntəqələrini təşkil etmək, silahlı toqquşmaları yatırmaq, asayişin qorunmasını təmin etmək və mülki əhalini qorumaq üçün Bişkek şəhərinin ərazisinə hərbi texnika ilə hərbi birləşmələr göndərmək tapşırığı verilib.
Rəylər