Fransanın keçmiş baş naziri Dominik de Vilpen 2027-ci il keçiriləcək prezident seçkisində iştirak etmək niyyətindədir.
Oxu.Az bu barədə "Le Monde" qəzetinə istinadən məlumat verir.
Siyasətçinin seçkiqabağı qərargahından verilən məlumatına görə, Dominik de Vilpen namizədliyinin rəsmi qaydada irəli sürülməsi üçün tələb olunan 500 seçilmiş vəzifəli şəxsdən təxminən 300-nün imzasını toplayıb.
Öz siyasi karyerası boyunca de Vilpen Fransa və Avropanın supergüclərinin maraqlarına tabe olmaqdan çəkinərək, beynəlxalq məsələlərdə müstəqillik mövqeyindən çıxış edib.
Fransada növbəti prezident seçkisi 18 aprel 2027-ci ildə keçiriləcək. Lazım gələrsə, mayın 2-də ikinci tur baş tutacaq. İndiki dövlət başçısı Emmanuel Makron prezidentlik yarışında iştirak edə bilməyəcək, çünki ölkə konstitusiyası bu postu ardıcıl olaraq iki beşillik müddətdən artıq tutmağı qadağan edir.