Türkiyənin Antalya şəhərinin Alanya rayonunda Moldova vətəndaşı olan Snezhanpetrova Kıoroglo (50 yaş) adlı qadın evində bıçaqlanaraq öldürülüb. Kıoroglonun keçmiş əri isə meşədə ağacdan asılmış vəziyyətdə tapılıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verir.
Xəbərə görə, səhər saatlarında Mahmutlar məhəlləsindəki Mehmet Çakır küçəsində yerləşən binadakı mənzilə gedən jandarma və tibb işçiləri qadını bıçaqlanaraq öldürülmüş halda aşkar ediblər. Müayinədən sonra qadının meyiti morqa aparılıb.
Hadisə ilə bağlı araşdırmaya başlayan qruplar daha sonra Kıoroglonun Türkiyə vətəndaşı olan keçmiş ərinin cəsədini Kargıcak məhəlləsindəki meşədə iplə ağacdan asılı halda tapıblar. Araşdırma zamanı onun yanında bıçaq da aşkarlanıb.
Hadisə ilə bağlı araşdırma davam edir.