Almaniyanın sabiq xarici işlər naziri və BMT Baş Assambleyasının keçmiş sədri Annalena Berbok "FGS Global" konsaltinq şirkətində baş məsləhətçi vəzifəsinə təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə noyabrın 20-də "Handelsblatt" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, şirkət və Berbokun nümayəndəsi onun yeni vəzifəyə təyin olunduğunu təsdiqləyiblər. "FGS Global"dan bildirilib ki, Berbok bundan sonra şirkətin müştərilərinə aid müxtəlif layihələrdə öz geostrateji təcrübəsindən istifadə edə biləcək.
Qeyd olunur ki, 45 yaşlı Berbokun konsaltinq şirkətindəki fəaliyyəti onun ABŞ-dəki əlavə işi olacaq. O, artıq Nyu-Yorkdakı Kolumbiya Universitetində praktiki təcrübə üzrə professor və "Qlobal liderlik" magistr proqramının həmsədri kimi dərs deyir.
2021-ci ilin qışından 2025-ci ilin yazınadək Almaniyanın xarici işlər naziri vəzifəsində çalışmış Berbok sentyabrın 8-də ictimai həyatdan uzaqlaşaraq adi vətəndaş kimi yaşamaq istədiyini açıqlamışdı. O, həmçinin ABŞ-yə köçmək və Nyu-Yorkdakı Kolumbiya Universitetində müəllim kimi fəaliyyət göstərmək planlarından danışmışdı.