Samvel Mkrtçyan Ermənistanın Rusiyada yeni səfiri təyin edilib.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.
Qərar Baş nazir Nikol Paşinyanın təklifi əsasında qəbul olunub.
Daha əvvəl bu vəzifəni Qurgen Arsenyan tuturdu. O, yaxınlarda "Hraparak" qəzetinə açıqlamasında vəzifədən azad edilməsi ilə bağlı siyasi qərarın olduğunu təsdiqləyib.
Qaynar xətt:
(055) 224 12 12