Estoniya hökuməti dekabrın 1-dən Rusiya ilə sərhəddə yerləşən nəzarət-buraxılış məntəqələrinin fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kristen Mixal mətbuat konfransda bildirib.
"Rusiya və Estoniya arasında avtomobillə sərhədin keçilməsini müvəqqəti dayandırmaq qərarına gəldik. Altı aydan sonra hökumət mövcud vəziyyəti yenidən təhlil edərək növbəti addımlarla bağlı qərar verəcək", - deyə hökumət başçısı bildirib.