"Sabah" Misli Premyer Liqasının XII turunda inamlı qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, Bakı təmsilçisi səfərdə "Sumqayıt"la üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma son ölkə çempionunun 1:5 hesablı səfər qələbəsi ilə başa çatıb.
"Bayquşlar"ın heyətində Ksander Severina (22), İvan Lepinitsa (42), Timoteuş Puxaç (55), Aleksey İsayev (67) və Xəyal Əliyev (75) fərqləniblər.
Meydan sahiblərinin yeganə qolunu isə 30-cu dəqiqədə Sedrik Dabalo vurub.
Bu qələbədən sonra xallarının sayını 24-ə çatdıran "Sabah" hələlik turnir cədvəlinin birinci pilləsinə yüksəlib. "Sumqayıt" isə 10 xalla doqquzuncu yerdə qərarlaşıb.
Günün ilk matçında "Zirə" "İmişli" ilə heç-heçə edib - 2:2.
Xatırladaq ki, Misli Premyer Liqasında XII tura noyabrın 22-də yekun vurulacaq.