22 
Okt
2020
10:33
449
32
1454
Virtual karabakh

ABŞ Milli Kəşfiyyatı Rusiya və İranı seçkilərə müdaxilə etmək cəhdində günahlandırdı

ABŞ Milli Kəşfiyyatının rəhbəri Con Retkliff Rusiya və İranın ABŞ-da prezident seçkilərinin gedişatına müdaxilə etməyə çalışdıqlarını deyib.

Onun sözlərinə görə, Moskva və Tehran ABŞ-dakı seçkilərlə əlaqədar olaraq “ictimai fikrə təsir göstərmək” üçün “konkret addımlar atıblar”.

Retkliff bildirib ki, Rusiya və İran ayrı-ayrılıqda seçici qeydiyyatı ilə bağlı bəzi məlumatlar əldə ediblər:

“Seçkilərə şübhə yaradacaq, dağıntılar törədəcək və ABŞ-ın inamını zəiflədəcəklərini gözlədikləri bu məlumatlar xarici simalar tərəfindən qeydiyyatdan keçmiş seçicilərə məlumat ötürməyə çalışmaq üçün istifadə edilə bilər”.

O qeyd edib ki, İran artıq “seçiciləri qorxutmaq, ictimai iğtişaşlar yaratmaq və ABŞ Prezidenti Donald Trampa zərər vermək üçün saxta emaillər göndərib və doğru aparılmadığını söylədiyi saxta səsvermə videosu yayıb”.

“ABŞ hüquq-mühafizə orqanları vəziyyəti izləyir”, - deyə ABŞ Milli Kəşfiyyat Xidmətinin rəhbəri əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri