26 
Okt
2020
12:45
472
25
1043
Virtual karabakh

Yaponiyanın baş naziri 2021-ci ildə Olimpiya oyunlarını keçirəcəklərinə söz verdi

Yaponiyanın Baş naziri Yoşihide Suqa bəşəriyyətin koronavirus üzərində qələbəsinin rəmzi olaraq 2021-ci ilin yayında Tokioda Olimpiya və Paralimpiya Oyunlarını keçirmək niyyətində olduqlarını bəyan edib.

TASS agentliyi xəbər verir ki, Yaponiyanın baş naziri bu barədə parlamentdəki çıxışında deyib.

“Bu yarışları təhlükəsiz şəkildə təşkil etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə Y. Suqa qeyd edib.

Bununla belə baş nazir etiraf edib ki, iyun ayının son günlərində Yaponiyada koronavirus infeksiyasına yoluxma sayı azalmağa başlasa da, hazırda bu tendensiya dayanıb və vəziyyəti öncədən proqnozlaşdırmaq olmur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri